ABŞ-da onlarla pedofil saxlanılıb

18
İyl
08:20
thumb_down 0
91

ABŞ-ın Arizona ştatının Feniks şəhərində polisin keçirdiyi xüsusi əməliyyat nəticəsində 40 nəfər uşaqlara qarşı seksual xarakterli hərəkətlərə görə həbs edilib.

Bu barədə “Ktar News” yerli polisə istinadla məlumat yayıb.

Qeyd edilir ki, həmin şəxslər 20-64 yaş aralığındadırlar.

Onlar seksual istismar məqsədi ilə uşaq alveri, yetkinlik yaşına çatmayanlara qarşı seksual xarakterli hərəkət, çirkli pulların yuyulması və narkotik maddələrin gizlədilməsində ittiham olunurlar.